İngiltərə

Karrager “Liverpul”un ulduzlarını “soyğunçu” adlandırdı

İngiltərə Premyer Liqasının 27-ci turunda səfərdə keçirilən oyunda “Liverpul” “Nottingem Forest”i 1:0 hesabı ilə məğlub etdi. Argentinalı yarımmüdafiəçi Aleksis Makallister yeganə qolu oyunun sonlarında vurdu.

Aut.az xəbər verir ki, mersisaydlıların keçmiş müdafiəçisi Ceymi Karrager final fitindən sonra komandanın hücum ulduzlarını tənqid edib.

“Bu mövsüm Premyer Liqada gördüyüm ən böyük soyğunluqlardan biri idi. Nqumoa əvəzedici kimi meydana çıxdı və 15 dəqiqə ərzində Salah və Qakpodan daha təsirli oldu.

O, oyunu dəyişdirdi. Bu oğlan əsas heyətdə olmalıdır. Rio hazırda çox yaxşıdır”, – deyə “Sky Sports” Karragerin sözlərini sitat gətirib. Arne Slotun komandası 45 xala malikdir və Premyer Liqada altıncı yerdədir.

Aut.az