İngiltərə

“Siti” illik gəlirini açıqladı – Rekord məbləğ

“Mançester Siti” rəsmi saytında illik gəlirini açıqlayıb.

Aut.az xəbər verir ki, “şəhərlilər” 2023/24 mövsümü üçün 715 milyon funt-sterlinq gəlir əldə edərək, əvvəlki mövsüm rekordunu artırıb (712,8 milyon funt-sterlinq).

Komandanın xalis mənfəəti 73,8 milyon təşkil edib.

“Ardıcıl dördüncü Premyer Liqa çempionluğu “Mançester Siti”ni heç bir ingilis klubu ilə müqayisə olunmayan səviyyəyə çatdıran nailiyyət idi.

Əvvəlki mövsümün treblləri meydanda və ya meydandan kənarda heç bir rahatlıq hissi yaratmadı. Biz başa düşürük ki, gözəl futbol, ​​maliyyə mükəmməlliyi və daimi innovasiyalar üçün amansız axtarış, zəhmət və möhkəmlik tələb olunur”, – baş direktor Ferran Soriano bildirib.

Aut.az