İngiltərə

Amorimin ilk transfer hədəfi: Onu istəyir

“Mançester Yunayted”gənc futbolçu transferinə hazırlaşır.

Aut.az “GiveMeSport”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Rozenborq”un mərkəz yarımmüdafiəçisi Sverre Nypanı heyətinə qatmağa yaxındır.

Mənbə iddia edir ki, norveçli futbolunun dekabrın 19-da 18 yaşı tamam olacaq. Buna görə də onun gələn ay İngiltərə klubuna keçməsində heç bir problem qalamayacaq. Baş məşqçi Ruben Amorim də Sverreni rəhbərliyi altında görmək istəyir.

2024-cü ildə Nypan Norveç çempionatında 28 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun bazar dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.

Aut.az