Emeri tarixi rekordun bir addımlığında: Onlara çatdı
Unai Emeri “Aston Villa”nın tarixinə adını yazmağa davam edir.
Aut.az xəbər verir ki, İngiltərə çempionatının 13-cü turunda “Vulverhempton” üzərində qazanılan minimal qələbədən (1:0) sonra ispaniyalı baş məşqçi mühüm bir həddi keçib — “Aston Villa”nın Premyer Liqadakı baş məşqçisi kimi 61-ci qələbəsini əldə edib.
Bu göstərici klub üçün rekord sayılır. Çempionatda belə nəticəyə yalnız Con Qreqori və Martin O’Nilə çatıb. “Canavarlar”la oyun Emerinin komandanın baş məşqçisi kimi Premyer Liqada 114-cü matçı olub.
İspaniyalı mütəxəssis 2022-ci ildən “Aston Villa”nı çalışdırır.
