Qaret Beyl görün harada iş tapdı
Qaret Beyl 3 il əvvəl təqaüdə çıxıb və o vaxtdan bəri daimi işi olmayıb. Boş vaxtlarında qolf oynayırdı və bəzən televiziyaya ekspert kimi dəvət olunurdu.
Aut.az xəbər verir ki, Qaret Beyl “TNT Sports”a kanalın aparıcı ekspertlərindən biri kimi qoşulub. “Real”ın və Uels millisinin keçmiş cinah oyunçusu 2025/26 mövsümündə Premyer Liqa və Çempionlar Liqasını işıqlandırmaq üçün müqavilə imzalayıb.
Beyl Oien Harqrivz, Stiv Makmanaman, Alli Makkoyst, Karen Karni də daxil olmaqla ekspertlərlə şənbə günü Premyer Liqanın işıqlandırılmasında Piter Krauç və Co Koula qoşulacaq.
“The Guardian” yazır ki, Beyl may ayında “Tottenhem”in Avropa Liqasının finalında “Mançester Yunayted” üzərində qələbəsini təhlil edərək TNT rəhbərlərini heyran edib. 36 yaşlı mütəxəssis daha əvvəl Çempionlar Liqasının qrup mərhələsində “Liverpul”un /”Real”a qarşı keçirdiyi oyundan reportaj hazırlayıb.
Aut.az
