Rusiya mətbuatında ajiotaj: Qurban Qurbanov “Spartak”ı çalışdıracaq?
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Rusiyanın “Spartak” (Moskva) klubunun baş məşqçi postuna namizədlər arasındadır.
Aut.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə jurnalist Fuad Ələkbərov məlumat verib.
Ancaq mənbənin sözlərinə görə, Qurbanovun Moskvaya köçməsinə və bu vəzifəni üzərinə götürməyə razı olacağına ciddi şübhələr var.
“Sport den za dnem” nəşri də bu məsələyə toxunub. Dərc edilən yazıda Qurban Qurbanovun namizədliyi barədə fikirlər yer alıb.
“Ən gözlənilməz, amma maraqlı variant xarici məşqçi, lakin rusdilli və postsovet məkanında iş təcrübəsi var. 1999–2001-ci illərdə Qurbanov Rusiyada “Baltika” və “Fakel” klublarında çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolları kəsişməyib. Bununla belə, “Qarabağ”da çalışarkən o, Rusiya yığmasının qapıçısı Andrey Lunyov da daxil olmaqla bir sıra rusiyalı futbolçuların məşqçisi olub və bu klubla avrokuboklarda uğurla çıxış edib. Rusiya ilə Azərbaycan arasında son vaxtlar siyasi münasibətlər stabil olmasa da, məlum olduğu kimi, idman siyasətdən kənardır”.
Bildirilir ki, 2024-cü ildə də “Spartak” Qurban Qurbanovu baş məşqçi postuna gətirmək istəyib. Deyan Stankoviçin gedişindən sonra namizədlər arasında həmçinin Xerardo Seoane, Fabio Qrosso, Eduardo Kude, Paulo Bento və digərlərinin adları da göstərilib.
“Spartak” üçün mövsüm uğursuz olub. Komanda 4 görüşdə cəmi 4 xal toplayıb. “Qırmızı-ağlar” Mosvka derbisində “Lokomotiv”ə də 2:4 hesabı ilə uduzub.
