Şahmat

Azərbaycan çempionatında finalın ilk oyunları keçirilib

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirilib.

Aut.az xəbər verir ki, kişi şahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb.

Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə qalib gəlib.

3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan güclü olub. Sabah medallar uğrunda görüşlərdə cavab partiyaları oynanılacaq.

Qeyd edək ki, kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.