Şahmat

Rusların qayıdışına etiraz: Avropa FİDE-yə qarşı çıxdı

Avropa Şahmat İttifaqı Rusiya qadın komandasının komandalararası dünya çempionatında iştirakına icazə verilməsi ilə bağlı bəyanat yayıb.

Aut.az xəbər verir ki, müvafiq müraciət təşkilatın saytında yer alıb.

“Bu qərar FİDE Baş Assambleyasının Budapeştdə elan edilmiş qərarlarına birbaşa ziddir. Ondan sonra iki dəfə RFS-yə qarşı sanksiyaların ləğvi təklif edilib və hər dəfə bu təklif səs çoxluğu ilə rədd edilib.

Əvvəlcə bu məsələ ümumiyyətlə gündəmdə deyildi və yalnız Rusiya mətbuatında qeyd olunandan sonra gündəmə gəlib. FİDE həmişə bəyan edib ki, o, yalnız BOK-un tövsiyələrinə uyğun hərəkət edəcək, lakin bu qərar bir sıra konkret şəxslərin böyük əksəriyyətinin rəyi nəzərə alınmadan qəbul edilib.

ECU bildirir ki, sanksiyalar onların tətbiq edilməsinin əsas səbəbləri həll olunana qədər qüvvədə qalmalıdır. Rusiya komandalarının neytral statusda iştirakına icazə verilməsi beynəlxalq şahmatın əsaslandığı prinsipləri pozur: ədalətli oyun, dürüstlük və həmrəylik”, – deyə bəyanatda bildirilir.

Rusiya şahmatçıları 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra FİDE-nin himayəsi altında keçirilən yarışlardan kənarlaşdırılıb.

Aut.az