Şahmat

Məhkəmə ruslara əmr etdi: İşğal edilmiş ərazilərdə fəaliyyəti dayandırın

İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Şahmat Federasiyasına Ukraynanın işğal olunmuş ərazilərində fəaliyyətini dayandırmağı əmr edib.

Aut.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, Rusiya Şahmat Federasiyası növbəti 90 gün ərzində işğal olunmuş Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində, eləcə də Krımda bütün fəaliyyətini dayandırmalıdır. Qərara əməl edilməməsi Rusiya Federasiyasının üç illik diskvalifikasiyası ilə nəticələnəcək.

Aut.az