PSJ-nin maliyyəsi kəsilir? – ŞOK İDDİA
Qətərli investorlar PSJ-nin prezidenti Nasser Əl-Xelaifi-yə qarşı səlahiyyətlərindən sui-istifadə ittihamı ilə klubun maliyyələşdirməsini dayandırmaqla hədələyirlər.
Aut.az xəbər verir ki, bu barədə RMC məlumat yayıb.
Mənbənin sözlərinə görə, Əl-Xelaifi səslərin satın alınmasında iştirakda, həmçinin səsvermə hüquqlarını pozmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etməkdə ittiham olunub. Qalmaqal, payı Əl-Khelaifinin rəhbərlik etdiyi Qətər İdman İnvestisiya Fonduna (QSI) məxsus olan “Lagardere” media qrupu ətrafında yaranıb.
Qeyd olunur ki, bu, Əl-Xelaifinin ətrafının kəskin reaksiyasına səbəb olub. “Qətərlilər bütün bu sui-istifadələrdən beziblər. Yalan ittihamlar, şantajlar, gündəlik tənqidlər, başqalarının tam səriştəsizliklərində ittiham edilməsi, Fransadakı bütün problemlərin onların günahıdır. Bu, sırf sui-istifadədir və hamı bezib”, – deyə nəşr bildirib.
Aut.az
