Neymarın dərdinə baxın: Görün nədən narazılıq edir
Futbol üzrə Braziliya milli komandasının hücumçusu Neymar Paulista Liqasında istifadə edilən topu tənqid edib.
Aut.az xəbər verir ki, Neymar komandaya qayıtdıqdan sonra “Santos” klubunda üçüncü oyununu keçirib. San-Paulu əyalət çempionatının 9-cu turunda onun komandası “Korintians”a 1:2 hesabı ilə uduzub. 67-ci dəqiqədə əvəzlənən Neymar oyundan sonra toplardan narazılıq edib:
“Sponsora hörmətlə yanaşırıq. Lakin onlar bu top üzərində bir az işləməlidirlər. Bu top çox pisdir, çempionatımıza kömək etmək üçün onu bir az təkmilləşdirmək lazımdır”.
Aut.az
