50 minin ardınca bu ölkəyə getdi
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Özbəkistanda keçiriləcək rapid üzrə beynəlxalq turnirdə iştirak edəcək.
Federasiyadan Aut.az-a verilən məlumata görə, 38 yaşlı qrossmeyster bu gün sözügedən ölkəyə yollanıb.
Yarışda Məmmədyarovla yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattarov və Rüstəm Kasımjanov (hər ikisi Özbəkistan) kimi tanınmış şahmatçılar iştirak edəcəklər.
Turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov olacaq.
Üç gün davam edəcək yarışın mükafat fondu 50 min dollardır.
