Şahmat

Şahmatda inqilab: Yeni versiya təqdim olunacaq

Dünya Şahmat Federasiyası (FİDE) ilk dəfə “Casablanca Chess” turnirində oyununun yeni versiyasınının təşkil ediləcəyini bildirib.

Aut.az xəbər verir ki, bu barədə FİDE-nin rəsmi saytı bəyanat yayıb. “Bu təşəbbüs hər yaşda, bütün mənşəli və oyun səviyyələrindən olan bütün Kasablanka sakinləri arasında şahmatı populyarlaşdırmaq məqsədi daşıyır”, – deyə qurumun mətbaut xidməti bildirilib.

Təşkilatçıların fikrincə, oyunların açılış mövqeləri məşhur tarixi döyüşlərdən ilhamlanacaq. Bu turnir şəhər administrasiyası və Kasablanka Birjası tərəfindən tərəfdaşlar və sponsorların köməyi ilə keçirilir.

Döyüşlərdə norveçli Maqnus Karlsen amerikalı Hikaru Nakamura, hindistanlı Vişvanatan Anand və misirli Bassem Amin iştirak edəcək.

Xatırladaq ki, mayın 17-dən 26-dək Mərakeşdə Casablanca Chess turniri keçiriləcək.

Aut.az