Olimpiya mükafatçısı Lalənin durumu haqda: Faciədir
Bədii gimnastika üzrə Olimpiya Oyunlarının gümüş mükafatçısı Yana Batırşina Rusiya çempionu Lalə Kramarenkonun düşdüyü vəziyyəti faciə adlandırıb.
Aut.az xəbər verir ki, daha əvvəl Rusiya millisinin baş məşqçisi İrina Viner həkimin əməliyyat zamanı səhvən 20 yaşlı idmançının meniskinin sağlam buynuzunu çıxardığını bildirmişdi.
“Mövcud problemi hamı kimi mən də dünən bildim. Sadəcə, əməliyyatın uğursuz olduğunu bilirdim. Bu, təbii ki, bağışlanmazdır, faciədir. Bunun necə baş verdiyini anlamıram. İnanıram ki, Lalə üçün hər şey mümkündür. Elə olur ki, menisk yoxdur və idmançılar qayıdırlar. Burada hər şey Lalənin istəyindən, həyatda və idmanda məqsədlərindən asılıdır. Əminəm ki, onun iradəsi güclüdür, indi hər şey ondan asılıdır. Əminəm ki, o, qayıda bilər”, – TASS Batırşinadan sitat gətirib.
Aut.az
