Gimnastika

50 yaşlı əfsanə yenə hamını heyrətləndirdi: Bu dəfə “gümüş” qazandı

Özbəkistandan olan 50 yaşlı gimnast Oksana Çusovitina Daşkənddə keçirilən bədii gimnastika üzrə Çağırış kuboku mərhələsində gümüş medal qazanıb.

Aut.az xəbər verir ki, finalda 18 yaşlı bolqar Valentina Georgiyeva (13.450 xal) qalib gəlib. Olimpiya çempionu Çusovitina 13,275 xalla ikinci yeri tutub.

Çusovitina tarixdə səkkiz Olimpiadada (1992, 1996, 2000, 2004, 2008, 2012, 2016, 2020) iştirak etmiş yeganə gimnastdır. O, 2024-cü ildə Paris Oyunlarına vəsiqə qazanmağı planlaşdırırdı, lakin zədələndi. O, hazırda 2028-ci il Olimpiadasında iştirak etmək niyyətindədir.

Çusovitina 1992-ci ildə komanda yarışında olimpiya çempionu, 2008-ci ildə Olimpiya Oyunlarının gümüş mükafatçısı, üç dəfə dünya çempionatlarında qızıl medal qazanıb.

Aut.az