Paris-2024-ün mükafatçısı karyerasını bitirdi
2024-cü il Olimpiya Oyunlarının bədii gimnastika üzrə gümüş mükafatçısı Boryana Kaleyn karyerasını bitirdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə 24 yaşlı gimnast sosial şəbəkədə yazıb.
“Bolqarıstanı Avropa və Dünya Çempionatlarında, eləcə də Olimpiya Oyunlarında təmsil etməyin mənim üçün nə demək olduğunu təsvir edəcək söz tapmaq çətindir. Bu, məni heç vaxt tərk etməyəcək bir qürur hissidir.
Həyatımın əsas səhifələrindən birini – aktiv idmançının səhifəsini bağlamağın vaxtı çatıb. Yaşadığım hər şeyə görə, bütün məşqçilər komandasına, federasiya rəhbərliyinə, hakimlərimizə, həkim heyətinə, “Levski-Triaditsa” klubuma və ən çox da ailəmə minnətdaram! Hamınızı çox sevirəm və mənə inandığınız üçün ürəkdən təşəkkür edirəm!
Bədii gimnastika həyatımın vacib hissəsi olub və belə də qalacaq”, – Kaleyn yazıb.
Aut.az
