Modriç əfsanəyə çatdı – FOTO
Yanvarın 22-də Çempionlar Liqasının 7-ci turu çərçivəsində “Santyaqo Bernabeu”da “Real Madrid” “RB Zalsburq”la qarşılaşıb.
Görüş meydan sahiblərinin qələbəsi ilə (5:1) başa çatıb. Qolları Rodriqo (dubl), Mbappe, Vinisius (dubl) və Bidstrup vurub.
Bu matçda Luka Modriç bir məhsuldar ötürmə edib və keçmiş komanda yoldaşı və “Real”ın əfsanəsi Toni Kroosla avrokuboklarda ötürmələrin sayını bərabərləşdirib – 19.
Cari Çempionlar Liqasında Modriç 7 matçın hər birində meydana çıxıb və iki məhsuldar ötürmə edib. “Real” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb (4 qələbə, 3 məğlubiyyət).

Aut.az
