Qaydasız döyüş

İslamın növbəti döyüşü nə vaxt olacaq? – Əbdül-Əziz açıqladı

Yüngül çəkidə (70 kq-a qədər) hazırkı UFC çempionu titulunun sahibi İslam Maxaçovun meneceri Əli Əbdül-Əziz Şimali Amerika liqasında növbəti döyüşün nə vaxt keçiriləcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, Əbdül-Əziz sosial şəbəkədəki səhifəsində yazıb: “İslam yayın əvvəlində döyüşəcək, getdik”.

Xatırladaq ki, yanvarın 19-da Los-Ancelesdə (ABŞ) UFC 311 turnirində İslam Maxaçov braziliyalı Renato Moikano ilə döyüşüb. Mübarizə ilk raundda İslamın qələbəsi ilə başa çatıb. Beləliklə, Maxaçev dördüncü dəfə kəmərini qoruyaraq yüngül çəkidə titul müdafiəsi rekordunu qırıb.

Aut.az