BoksQaydasız döyüş

UFC prezidentindən Usiklə bağlı müəmmalı açıqlama: Hər şey mümkündür

UFC-nin baş direktoru və “Zuffa Boxing”in həmsədri Deyn Uayt öz şousunda Aleksandr Usikin (25-0, 16 nokaut) döyüşünün mümkün olub-olmadığı haqda danışıb.

Aut.az xəbər verir ki, onun sözləri “Fight Hub TV” tərəfindən yayımlanıb.

O, ukraynalı boksçunun vida döyüşünün “Zuffa”nın himayəsi altında baş tuta biləcəyini də istisna etməyib. Uayt, həmçinin Deontey Uaylderin belə bir döyüşdə Usikin rəqibi olub-olmayacağı sualına qısaca cavab verib:

“Hər şey mümkündür”.

Xatırladaq ki, ukraynalı bu yaxınlarda çempionluq kəmərlərindən imtina edib, buna baxmayaraq, Aleksandr idmandan ayrılmadığını və hələ də “son rəqs” etməli olduğunu bildirib.

Bu arada, nüfuzlu “The Ring” nəşri ukraynalı boksçunun komanda direktoru Sergey Lapinə istinadən bildirib ki, Usikin növbəti rəqibi Uaylder və ya keçmiş UFC ağır çəki çempionu Con Cons ola bilər. Döyüş bu il ABŞ-da baş tuta və 39 yaşlı boksçunun karyerasında sonuncu ola bilər.

Aut.az