“Qarabağ” bu gün Avstriyada 2 yoxlama oyunu keçirəcək
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək.
Aut.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Ukrayna təmsilçisi “Xarkov”la üz-üzə gələcək. Qarşılaşma saat 15:00-da start götürəcək.
“Köhlən atlar” ikinci matçında Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşacaq. Bu oyun isə saat 19:30-da başlayacaq.
Avstriyadakı ilk yoxlama oyununda “Tirol”a 4 cavabsız qolla qalib gələn “Qarabağ” Bakıda “Zirə”ni üstələyib – 4:3.
