“Barsa” “Everton”un qara günündən yararlanmaq istəyir
“Barselona” “Everton”un belçikalı yarımmüdafiəçisi Amadu Onana ilə maraqlanır.
Aut.az xəbər veririk, bu barədə İspaniyanın “Fichajes” nəşri məlumat yayıb.
“Blauqrana” “Everton”un İngiltərə Premyer Liqasında 10 xalının silinməsindən yararlanmaq istəyir. Onlar hesab edirlər ki, bu vəziyyət mersisaydlıları 22 yaşlı futbolçunu satmağa məcbur edə bilər.
Amadu Onana bu mövsüm “Everton”da 14 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalı Belçika millisinin futbolçusunun (9 oyun) dəyərini 50 milyon avro qiymətləndirib.
Aut.az
