Dünya futboluİngiltərə

“Siti” özbək futbolçuya görə danışıqlara başladı: “Lans” “tası” qaldırır

“Mançester Siti” Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanovun transferi ilə bağlı “Lans”la danışıqlara başlayıb.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki şəxsi səhifəsində məlumat verib.

Mənbənin sözlərinə görə, digər maraqlı klublar da olduğu üçün “Lans” “Mançester Siti”dən əlavə addımlar gözləyir.

Daha əvvəl məlum olmuşdu ki, ingilis klubu futbolçunu yanvarda potensial transferlər siyahısına daxil edib.

Xusanov 2023-cü ildən “Lans”da çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Bu mövsüm Xsanov “Lans”ın heyətində bütün turnirlərdə 16 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Aut.az