İsrail futbol federasiyasının prezidenti: Allah dua edirəm ki…
İsrail federasiyasının rəhbəri bəyan edib ki, ölkə komandalarına qadağa qoyulması heç nəyə gətirib çıxarmayacaq.
Bundan əvvəl UEFA-nın gələn həftə İsrail komandalarına mümkün qadağa ilə bağlı qərar verəcəyi bildirilirdi. Təşkilatın icraiyyə komitəsi üzvlərinin “böyük əksəriyyəti” qadağanı dəstəkləyir.
ABŞ Dövlət Departamenti İsrailə qadağa qoyulmasına qarşı çıxacağını bəyan edib.
Aut.az xəbər verir ki, TV2 İsrail Futbol Assosiasiyasının prezidenti Moşe Zuaresdən sitat gətirib:
“Düşünürəm ki, UEFA prezidenti Aleksander Ceferin fantastik iş görür. O, hər kəsin oynaya biləcəyinə əmindir. Çünki hamımız başa düşürük ki, qadağa müharibəni və baş verənləri dayandırmayacaq.
Mən çox istəyirəm ki, müharibə bitsin. Bunun bitməsi üçün hər gün Allaha dua edirəm. Mən ürəkdən istəyirəm ki, qonşularımızla sülh şəraitində yaşaya bilək. Çox istəyirəm ki, girovlarımız evə qayıtsınlar. Uşaqlarımızın fələstinli uşaqlarla oynamasını istəyirəm. Bizim fələstinlilərlə problemimiz yoxdur, yalnız HƏMAS-la problemimiz var.
Lakin mən hesab edirəm ki, qadağa heç bir şəkildə kömək etməyəcək. Rusiya ilə Ukrayna arasındakı müharibə Rusiyanın fəaliyyəti dayandırıldıqdan sonra bitmədi. Mən bunun heç bir problemləri həll etdiyini görmürəm”.
Aut.az
