İngiltərə

Amorim Altayın “kitabını” bağladı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yeni qapıçı almağa ümid edir.

Aut.az xəbər verir ki, “Manchester Evening News”un məlumatına görə, portuqaliyalı mütəxəssis yeni qapıçının Andre Onana ilə start heyətində yer almaq üçün ciddi mübarizə aparmasını istəyir.

Qeyd olunur ki, Altay Bayındırı məşqçilər korpusu tərəfindən Onanaya ciddi rəqib hesab edilmir.

Daha əvvəl “Mançester Yunayted”in Belçika çempionatından olan qapıçını izlədiyi barədə məlumatlar yayılıb.

Aut.az