Klopp niyə onun qovulmasını istəmir?
Yurgen Klopp “Vest Hem”in baş məşqçisi Devid Moyesin istefaya göndərilməsini istəmir.
“Vest Hem” Devid Moyesi istefaya göndərsə, mən Premyer Liqanın ən yaşlı baş məşqçisi olacağam. Ona görə də, Devid qalmalıdır! O, yüksək səviyyəli həmkarıdır. Onların yaxşı komandası və öz oyun sistemləri var. Bizim üçün çətin oyun olacaq.
Moyes bizi büdrətmək üçün bir yol tapacaq! O, top-məşqçidir.
Ola bilsin ki, “Mançester Yunayted”də bir dəfə uğursuz olub. Amma unutmayın ki, həmin vaxt Aleks Ferqyusonun varisi oldu və bu, asan iş deyildi”, – “Liverpul”un baş məşqçisi deyib.
Premyer Liqanın 33-cü turunda “Liverpul” səfərdə London təmsilçisi ilə qarşılaşacaq. Qarşılaşma aprelin 26-da baş tutacaq və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Aut.az
