İngiltərə

“Liverpul” 75 milyonluq futbolçu ilə danışıqlara başladı

“Liverpul” yarımmüdafiəçi Rayan Qravenberxlə müqavilənin uzadılması barədə danışıqlara başlayıb.

Aut.az xəbər verir ki, bu barədə TalkSPORT məlumat yayıb.

Mənbənin sözlərinə görə, İngiltərə klubu 23 yaşlı niderlandlı futbolçunun 2024/25 mövsümündə çempionluq yolunda göstərdiyi xidmətləri dəyərləndirmək niyyətindədir. Onun hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.

2024/25 mövsümündə Qravenberx bütün turnirlərdə 49 oyun keçirib və 4 qol ötürməsi edib. “Transfermarkt” futbolçunun dəyərini 75 milyon avro olaraq qiymətləndirir.