Pozitiv yanaşma: Hətta 4-cü olmaqdan da…
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyn maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, “Qızıl top” mükafatı üçün səsvermədə dördüncü yeri tutmasına belə münasibət bildirib:
“Futbol böyük oyundur. Hər kəs ona fərqli gözlə baxır. Gəlin “Qızıl Top”u götürək, tez-tez bu mükafata namizəd oluran. 7 milyard insan arasında dördüncü olmaq inanılmazdır. Mənim üçün əsas olan oyunumdan razı qalmaq və əlimdən gələni etməkdir. İnsanların qərarlarına təsir etmək imkanım yoxdur. Ona görə özümü fərqli aparmağa ehtiyac duymuram. Bu uğurun dadını çıxarıram”.
Xatırladaq ki, bu il “Qızıl top”u karyerasında səkkizinci dəfə Lionel Messi qazanıb. “İlk üçlük”də De Bröynin komanda yoldaşı Erlinq Haaland və PSJ-nin futbolçusu Kilian Mbappe də yer.
