İngiltərə

“Siti” 18 yaşlı istedadı hədəfə aldı

İngiltərə Premyer Liqasının hazırkı çempionu “Mançester Siti” “Valyadoli”ind müdafiəçisi Juma Banı yaxından izləyir.

Aut.az xəbər verir ki, 18 yaşlı futbolçu öz çıxışı ilə “şəhərlilər”in rəhbərliyini təəccübləndirib. Ona görə də Mançester klub qış transfer pəncərəsində futbolçunu transfer etmək variantını nəzərdən keçirir.

Juma ilə Premyer Liqanın digər təmsilçiləri – “Kristal Pelas”, “Everton” və “Nyukasl” da maraqlanır.

Qeyd edək ki, bu mövsüm “Valyadolid”in əsas komandasında debüd edən Ba 8 oyun keçirib.

Aut.az