Azərbaycan yığması yenə də Rusiyaya məğlub oldu – VİDEO
Azərbaycanın qadınlardan ibarət yığması yoldaşlıq görüşündə Rusiyaya məğlub olub.
Aut.az xəbər verir ki, Soçi klubunun təlim-məşq bazasının meydançasında keçirilən oyun 1:0 hesabı ilə başa çatıb.
Yeganə qolun müəllifi 29-cu dəqiqədə fərqlənən Yana Svistunova olub.
Noyabrın 28-də keçirilən ilk oyunda da rusiyalı futbolçular 1:0 hesabı ilə qalib gəlmişdilər.
Aut.az
