Azərbaycan futbolu

“Qarabağ” və “Sabah”ın futbolçusu oynadı?

Gürcüstan milli komandası AVRO-2024-ün seçmə mərhələsində A qrupunda altıncı oyununu evdə Kipr yığması ilə keçirib.

Aut.az xəbər verir ki, görüş gürcülərin böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.

Meydan sahiblərinin heyətində Azərbaycan Premyer Liqasının təmsilçiləri – Luka Quqeşaşvili (“Qarabağ”) və Davit Volkov (“Sabah”) da yer alıb.

Hər ikisi bütün matçı ehtiyat oyunçular skamyasında keçirib. Hazırda aktivində 7 xal olan Gürcüstan yığması beş komandadan ibarət qrupda 4-cü yerdədir.