“Turan Tovuz”un müdafiəçisi oynadı?
“Turan Tovuz”un futbolçusu Denis Marandiçi və “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın şərəfini qoruduğu Moldova millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Polşa ilə qarşılaşıb.
Aut.az xəbər verir ki, Varşavada keçirilən görüş heç-heçə başa çatıb – 1:1. Marandiçi bütün oyunu meydanda olub və sarı vərəqə ilə cəzalandırılıb.
Avram isə ehtiyat oyunçular skamyasında oturub. Hazırda Moldova 9 xalla qrupda dördüncü yerdədir və AVRO-2024-ə vəsiqə şansını hələ də saxlayır.
