İngiltərə

“Çelsi” onun ayrıldığını açıqladı

Rahim Sterlinq bu gün “Çelsi” dən ayrılıb.

Aut.az xəbər verir ki, klubun rəsmi saytının verdiyi məlumata görə, tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında ləğv ediblər.

“Çelsi”nin futbolçusu kimi verdiyi töhfəyə görə Rahimə təşəkkür edirik və karyerasının növbəti mərhələsində ona uğurlar arzulayırıq”, – deyə “mavilər”in açıqlamasında bildirilib.

31 yaşlı ingilis futbolçu karyerasına “Liverpul”da başlayıb. 2015-ci ilin yayında o, “Mançester Siti” tərəfindən alınıb və 2022-ci ildə “Çelsi” yə keçib . Sterlinq milli komandada 82 oyunda 20 qol vurub.

Aut.az