“Yunayted”in nə vaxt çempion olacağını açıqladı: Dəli deyiləm
Ruben Amorim deyib ki, “Mançester Yunayted” gələn il də Premyer Liqanı qazana bilməyəcək.
Aut.az xəbər verir ki, mütəxəssis reallığı qəbul etməli olduqlarını deyibn.
“Biz çox şey edirik, yeni standartlar qoyuruq, bəzən oyunçuları dəyişirik ki, onlar bu standartlara uyğunlaşsınlar. Mən başa düşürəm ki, bütün bunlara bir il ərzində nail olmaq çətindir. Gələn il titul qazanacağımızı demirəm – mən dəli deyiləm.
Biz indi çox əziyyət çəkirik ki, gələn mövsüm daha yaxşı ola bilək – bu, bizim məqsədimizdir. Başa düşürəm ki, biz nə gələn il, nə də, bəlkə iki ildən sonra titul üçün əsas namizəd olmayacağıq. Bizim çox işimiz var. Tələsirik, ancaq rəqabətədavamlı olmaq üçün bizə uzun illər lazım olduğunu düşünmək istəmirəm – mən belə düşünə bilmirəm. Mən o cür məşqçi deyiləm. Bu mənim üslubum deyil.
Təkcə “Mançester Siti” deyil, digər komandalar da elə bir səviyyədədir ki, bizim böyümək üçün hələ çox işimiz var və şübhəsiz ki, növbəti mövsümdə daha da yaxşılaşacağıq.
Mən sadəcə öz güclü tərəflərimizə diqqət yetirmək və klubun imkanlarından istifadə edərək bir və ya iki oyunçunu – böyük oyunçuları cəlb etmək istəyirəm. Baxmayaraq ki, “böyük oyunçu” anlayışı mənim və sizin – jurnalistlər üçün fərqli ola bilər”, – “Mançester Yunayted”in baş məşqçisi bildirib.
“Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində lider “Liverpul”dan 36 xal geridə olmaqla 13-cü yerdədir.
Aut.az
