Ona evlilik təklif etdi – FOTOLAR
Norveçli tennisçi Kasper Rud sevgilisinə evlilik təklifi edib.
Aut.az xəbər verir ki, bu barədə dünyanın 6 nömrəi raketka ustasınıın özü sosial şəbəkə hesabında məlumat verib. “Səninlə evlənmək üçün səbirsizlənirəm”, – 25 yaşlı norveçli bildirib.
Cütlük 6 il görüşdükdən sonra münasibətlərini rəsmiləşdirmək qərarına gəlib.
Kasper Ruud 12 ATP turnirinin qalibi, Norveç tennisçiləri arasında rekord reytinqin sahibidir. Üç dəfə TBS-in həlledici matçlarına çıxıb. O, “Roland Garros”da 2022 və 2023-cü illərdə, “US Open”də isə 2022-ci ildə final oynayıb.
Noyabrın 16-da skandinaviyalı ATP Final Çempionatının yarımfinalında Yannik Sinnerə uduzub – 6:1, 6:2.
Aut.az



:max_bytes(150000):strip_icc():focal(892x0:894x2)/casper-rudd-maria-galligani-4-b351044c421143ca8f6085576d4fa571.jpg)

