Bir nömrə həmin məşqçini qaytardı: Dopinq qalmaqalından sonra qovmuşdu
Dünya tennisinin bir nömrəsi Yannik Sinner fitnes məşqçisi Umberto Ferrara ilə işbirliyini bərpa edib.
Aut.az xəbər verir ki, bu barədə “Ubitennis” məlumat yayıb.
Sinner iki dəfə klostebol testinin müsbət çıxdığı dopinq qalmaqalından sonra Ferraranı komandasından uzaqlaşdırmışdı.
Tennisçinin müdafiəçisi dopinqin Sinnerin orqanizminə Ferraranın aldığı məlhəm vasitəsilə daxil olduğunu iddia edib.
Sinnerin komandasından ayrıldıqdan sonra Ferrara Matteo Berrettini ilə işləyib.
Aut.az
