Formula 1

Ferstappen britaniyalı jurnalistləri belə ələ saldı

Niderlandlı pilot Maks Ferstappen Braziliya Qran Prisində qazandığı qələbəni şərh edib.

Aut.az xəbər verir ki, Ferstappen mətbuat konfransında britaniyalı jurnalistləri ələ salıb.

“Təcili bir sualım var. Mən buraya toplaşan bütün jurnalistlərə təşəkkür edirəm. Bəs Britaniya mətbuatı hara getdi? Mətbuat konfransının harada olduğunu bilmirlər? Yoxsa təcili olaraq hava limanına qaçmalıdırlar? – Maks deyib.

Fakt budur ki, bir çox britaniyalı jurnalist Lando Norrisə qarşı təhlükəli manevr etdikdən sonra Ferstappeni tənqid edib. Aparıcı Martin Brundle Maksın “reputasiyasına ciddi zərbə vurduğunu” söyləyib.

FİA stüardlı Conni Herbert Ferstappenin idarəetməsini “kobud və təhlükəli” adlandırıb.

Maks Ferstappen Britaniya təmsilçilərinin bu ittihamlarını qəbul etməyib və qələbədən dərhal sonra onlara cavab vermək qərarına gəlib.

Ferstappen sürücülərin reytinq cədvəlinə başçılıq edir və Norrisi 62 xal qabaqlayır (393-331).

Aut.az