Formula 1

Etiraf etdi: Onlarla rəqabətə hazır deyillər

“Aston Martin” komandasının ikiqat dünya çempionu, ispaniyalı Fernando Alonso Formula 1 mövsümünün nəticələrinə münasibət bildirib.

“Mən çox müsbət şeylər görürəm. Bütün çətinliklər işimizin bir hissəsidir, mən də bu komandanın fəaliyyətinin bir hissəsiyəm. Düşünürəm ki, mövsümə çox yaxşı başladıq və avtomobil təəccüblü dərəcədə rəqabətli idi. Düzünü desəm, bu, hətta özümüzü də təəccübləndirdi.

Ola bilsin ki, biz “Mercedes”, “Ferrari” və bu səviyyədə mübarizə aparmağa öyrəşmiş digər top-komandalarla döyüşməyə hazır deyildik. Mövsüm boyu avtomobil inkişafı baxımından bir az geri çəkilmişik, hələ ki, ən yüksək səviyyədə deyilik. Buna görə də, mövsümün sonuna kimi daha az rəqabətədavamlı olduq”, – “Racingnews365” Alonsonun sözlərini sitat gətirir.

Qeyd edək ki, “Aston Martin” Konstruktorlar Çemmpionatında 2-ci yerdən 5-ci pilləyə düşüb.

Aut.az