Formula 1

Formula 1 ulduzu ora əfsanəvi “Ferrari” ilə gəldi, hər kəsi şoka saldı – VİDEO

Yeddiqat dünya çempionu Luis Hemilton Yaponiyada keçirilən ikonik avtomobil rallisində sürpriz şəkildə görünüb və dərhal onun əsas ulduzuna çevrilib.

Aut.az xəbər verir ki, britaniyalı təxminən 4 milyon funt sterlinq dəyərində olan məşhur “Ferrari F40” avtomobilinin sükanı arxasında Yokohamada yerləşən əfsanəvi Daikoku Parkinq zonasına gəlib. Bu yer avtomobil həvəskarları arasında yaxşı tanınır və tüninq və nadir avtomobillərin pərəstişkarları üçün əsl Məkkə hesab olunur.

İzləyicilər ilk olaraq digər ikonik modellərin yanında park edilmiş parlaq qırmızı superkarı görüblər. Lakin əsl həyəcan sürücünün kimolması bəlli olduqda ortaya çıxıb. Və məlum olub ki, o, Luis Hemiltondur.

Aut.az

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Jasper (@964jasper)