Həyatının ən kədərli gününü xatırladı: Bundan sonra tamamilə fərqli dövr başladı
Keçmiş Formula 1 sürücüsü (“Sauber”, “Ferrari” və “Uillyams”) Felipe Massa həyatının ən kədərli günlərindən biri haqqında danışıb.
Aut.az xəbər verir ki, o, keçirdiyi ağır zədədən sonra üzləşdiyi münasibətdən və bunun ona təsirindən bəhs edib:
“Zədədən sonra heç kim şəxsən mənə demədi ki, mən artıq əvvəlki kimi deyiləm. Təbii ki, mətbuatda məni çox tənqid etdilər. Çünki o qəzadan sonra daha yarışlarda qalib gəlmədim. Amma bir neçə dəfə yaxınlaşdım.
Təəssüf ki, Almaniyada, qəzamdan düz bir il sonra, 25 iyul 2010-cu ildə baş tutan yarışda mənə qalib gəlməyə icazə vermədilər.
Həyatımın ən kədərli günlərindən biri idi. Bundan sonra tamamilə fərqli dövr başladı, çünki mənim əvvəlki kimi qələbələr uğrunda mübarizə aparmağa imkan verəcək rəqabətədavamlı maşınım yox idi”.
Qeyd edək ki, 2008-ci ildə titulunu Lyuis Həmiltona uduzduqdan sonra Massa növbəti il Macarıstan Qran Prisinə vəsiqə zamanı ciddi zədə alıb. Buna görə də o, 2010-cu il mövsümünün başlamazdan əvvəl yarışı tərk edib. Onun “Ferrari”dəki komanda yoldaşı Fernando Alonso olub. Massanın qəzasından sonra ispaniyalı pilot İtaliya komandasının faktiki liderinə çevrilib. Almaniya Qran Prisində Massa qələbəyə doğru getdiyi vaxt komanda ona Alonsonu qabağa buraxmasını əmr edib.
Aut.az
