Formula 1

Qızı Şumaxerin ad gününü belə təbrik etdi – FOTO

Əfsanəvi Formula 1 sürücüsü Mixael Şumaxerin qızı Cina-Mariya atasını ad günü münasibətlə təbrik edib.

Aut.az xəbər verir ki, yanvarın 3-də yeddiqat dünya çempionunun 57 yaşı tamam oldu. Onun ictimai həyatdan tamamilə yox olmasına səbəb olan faciəvi xizək qəzasından 12 ildən çox vaxt keçir.

2014-cü ilin sentyabrında xəstəxanadan çıxdıqdan və komadan ayıldıqdan sonra Şumaxerin ailəsi onun səhhəti haqqında məlumatı tamamilə gizlətmək qərarına gəldi. O vaxtdan bəri, bütün dünyada pərəstişkarlarının sıx marağına baxmayaraq, heç bir rəsmi məlumat yayılmayıb.

Bununla belə, Mayklın övladları Cina-Mariya və oğlu Mik Şumaxer sosial şəbəkələrdə mütəmadi olaraq açıq şəkildə bildirirlər ki, ataları həyatlarının vacib bir hissəsi olaraq qalır.

Şumaxerin ad günündə qızı atası, qardaşı Mik və anası Korinna ilə birlikdə çəkdirdiyi uşaqlıq illərindən nadir ailə şəklini yayımlayıb. Başlıq qısa olub: “Əbədi olaraq ən yaxşı. Ad günün mübarək, ata”.

Aut.az

Qızı Şumaxerin ad gününü belə təbrik etdi – FOTO