Formula 1

Ona xəbərdarlıq etdilər: Fərqi aradan qaldırmasan…

“Formula 1” komandası “Red Bull” pilot Serxio Peresə xəbərdarlıq edib.

Aut.az xəbər verir ki, xəbərdarlıqda qeyd olunub ki, o, mövsümün son yarışlarında Maks Ferstappenlə fərqi aradan qaldırmalı və daha çox xal qazanmalıdır.

Əks halda, onu başqa bir pilot əvəz edə bilər.

“Biz pilotlarımız arasında belə bir uçurumu qəbul edə bilmərik. Rəqiblərimizə baxın. 2025-ci ildə “Ferrari”də Lekler və Hemilton, “Maclaren”də Norris və Piastri olacaq.

Hamımızın güclü heyəti var və hər iki sürücümüz öndə olmalıdır. Belə boşluqlar olmamalıdır, biz buna icazə verə bilmərik”, – deyə komandanın rəhbəri Kristian Horner bildirib.

Mövsümün sonuna qədər uğurlu çıxışları ilə Liam Losonun “Red Bull”da yer ala biləcəyi daha əvvəl bildirilirdi.

Aut.az