Təqdim olunmayan bolid hərracda satıldı
“Formula-1” komandası “McLaren” “RM Sotheby’s” hələ istehsal olunmamış 2026-cı ilin “Formula-1” maşınını hərracda satıb.
Aut.az xəbər verir ki, hərracda, həmçinin gələcək WEC hiperkar avtomobili də satışa çıxarılıb.
Bundan əlavə, hərraca 2026-cı ildə məşhur “Indianapolis 500” yarışında meksikalı Pato O’Uardın sürəcəyi maşın da çıxarılıb.
“Formula-1” bolidi 11,5 milyon ABŞ dollarına satılıb. Hərracın qalibi seçim etmək hüququna malik olub – Lando Norris və ya Oscar Piastrinin maşınını alacaq. Qalib, bolidin Monako Qran-prisində sürüləcək maşın olacağını müəyyənləşdirib.
Bolidin sahibi həmçinin maşını nümayiş yürüşləri və trek günlərində “McLaren” və “Mercedes”-in xüsusi mühəndis briqadasının müşayiəti ilə idarə etmək hüququ qazanıb. Siyahıya 2026-cı il mövsümünün başlanğıcında “McLaren” texnologiya mərkərinə ekskursiya da daxil edilib.
Qeyd edək ki, maşın alıcıya yalnız iki il sonra – 2028-ci ilin əvvəlində təhvil veriləcək.
Aut.az
