Formula 1

Şumaxerin xanımı onun sağalaması üçün yenə bu yola əl atdı: Ümidini itirmir

Yeddiqat dünya çempionu Mixael Şumaxerin həyat yoldaşı Korinna onun müalicəsini təmin etmək bir sıra addımlar atmaq məcburiyyətində qalıb

Aut.az xəbər verir ki, o, əfsanəni səhhətinin bərpasına nail olmaq üçün ailə əmlakını və aktivlərini satır. Bu barədə “La Repubblica” məlumat yayıb

Bildirilir ki, məşhur sürücünün müalicə xərclərini qarşılamaq üçün Korinna bir neçə ev, saat kolleksiyası və şəxsi təyyarə satıb. Şumaxer ailəsi tibbi xidmətlərə və onun vəziyyətinin saxlanmasına hər il təxminən 7 milyon avro xərcləyir.

Qeyd olunur ki, bu yaxınlarda Cenevrə gölündə iqamətgah və Norveçdə qala satılıb. Korinna hələ də Mixaelin sağalacağına ümid edir.

Xatırladaq ki, 2013-cü ilin dekabrında Şumaxer dağ-xizək kurortunda istirahət edərkən yıxılaraq başını daşa dəyməsi nəticəsində ağır beyin zədəsi alıb.

Aut.az