Olimpiadada terror törətmək istəyən 18 yaşlı çeçen həbs edildi
Fransada “Geoffroy-Guichard”a terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxs həbs edilib.
Aut.az “RMC Sport”a istinadən xəbər verir ki, mayın 22-də Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları 18 yaşlı çeçen əsilli Rusiya vətəndaşını saxlayıblar.
İstintaqın ilkin nəticələrinə görə, o, Olimpiya futbol turniri zamanı “Sent-Etyen” stadionuna hücum planlaşdırırmış. Hücumun qurbanlarının tamaşaçılar və polis əməkdaşları olduğu güman edilir.
Şübhəli şəxs öz evində saxlanılıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, o, artıq ərazini öyrənirmiş. Onun kompüterindən “Geoffroy-Guichard”ın fotoşəkili, telefonunda isə arena ilə bağlı videolar tapılıb. O, həmçinin İŞİD ilə əlaqəli şəxslər və islamçı hərəkatın digər nümayəndələri ilə şifrəli mesajlar mübadiləsi aparıb.
Saxlanılan şəxs kəşfiyyat apardığını və ya hücum planlaşdırdığını inkar edir. O, “fikir mübadiləsi” apardığını və heç bir tədbir görmək niyyəti olmadan sadəcə “danışdığını” iddia edir.
Gənc oğlan 2023-cü ildə valideynləri ilə birlikdə Fransaya gəlib.
Aut.az
