Durusun Özbək arzularının transferini açıqladı: “Barsa”nın ulduzu
“Qalatasaray”ın prezidenti Dursun Özbək transferi istəyi haqda danışıb.
Aut.az xəbər verir ki, Dursun Özbək bu barədə “Football Espana” nəşrinə açıqlama verib.
“Çempionlar Liqasının yeni mövsümü başlayana qədər təxminən üç futbolçu almalıyıq. Bəlkə də arzularımın – İlkay Gündoğanı nəzərdə tuturam – transferini həyata keçirməyə çalışmağın vaxtıdır”, – Özbək bildirib.
İlkay Gündoğan ötən mövsüm “Barselona”nın heyətində bütün yarışlarda 50 matçda iştirak edib. Alman futbolçu 5 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
