Boks

O döyüşdən dərhal sonra məscidə gedib, Allaha deyib ki…

Rusiyalı boksçu Artur Beterbiyev titul uğrunda döyüşdə həmyerlisi Dmitri Bivolu məğlub etdikdən dərhal sonra məscidə getdiyini etiraf edib.

Oktyabrın 12-də Beterbiev hakimlərin yekdil olmayan qərarı ilə Bivolu məğlub edib və orta ağır çəkidə mütləq dünya çempionu olub.

– Döyüşdən dərhal sonra məscidə getdiniz?

– Bəli, döyüşdən sonra sübh namazına getdim.

– Allaha nə dediyinizi mənə deyərsinizmi?”

– “Əlhəmudulillah” dedim.

– Bu nə deməkdir?

– Bu, o deməkdir ki, mən bu uğura görə Allaha minnətdaram”, – Beterbiev “Boxing King Media”ya müsahibəsində deyib.

Artur Beterbiyev peşəkar rinqdə 21 döyüş keçirib və 21 qələbə qazanıb.

Aut.az