Basketbol

“Abşeron” uduzdu

Azərbaycan Basketbol Liqasında çıxış edən “Abşeron” komandası növbəti yoxlama matçında məğlub olub.

Aut.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu komanda “Sərhədçi” ilə üz-üzə gəlib. Qarşılaşma “Sərhədçi”nin qələbəsi ilə bitib – 82:71

“Abşeron” bundan öncə “Naxçıvan” və “Gəncə” üzərində qələbə qazanıb, “Ordu” klubuna isə məğlub olmuşdu.