Paris-2024: Bütün iştirakçılar müəyyənləşdi
Parisdə keçirilən Olimpiya Oyunlarında kişilər arasında basketbol turnirinin bütün iştirakçıları müəyyənləşib.
Aut.az xəbər verir ki, Sonuncu yer Litva və Puerto Riko arasında oynanılıb. Görüş Şimali Amerika yığmasının 79:68 hesablı qələbəsi ilə başa çatıb.
Bundan əvvəl İspaniya Baham adalarını (86:78), Braziliya Latviyanı (94:69), Yunanıstan isə Xorvatiyanı (80:69) məğlub edib.
Kişilərin turniri üçün qrupların tərkibi aşağıdakı kimidir:
A qrupu: Avstraliya, Yunanıstan, Kanada, İspaniya;
B qrupu: Fransa, Almaniya, Yaponiya, Braziliya;
C qrupu: Serbiya, Cənubi Sudan, Puerto Riko, ABŞ.
Qeyd edək ki, 2024-cü il Oyunlarında basketbol yarışları iyulun 27-dən avqustun 11-dək keçiriləcək.
