Basketbolun ulduzu PSJ-nin səhmdarı olacaq
Dünya basketbol ulduzu Kevin Dyurant PSJ futbol klubunun minoritar səhmdarına çevriləcək.
Aut.az xəbər verir ki, bu barədə nüfuzlu italyan insayder Fabritsio Romano məlumat verib.
“Feniks Sans”ın forvardının Fransa çempionunun səhmlərinin dəqiq hansı hissəsini alacağı barədə məlumat verilmir.
Xatırladaq ki, şənbə günü Dyurant ABŞ komandasının tərkibində Parisdə 2024-cü il Olimpiadasında qızıl medal qazanıb. Bu, 35 yaşlı amerikalı üçün karyerasında dördüncü olimpiya titulu olub.

Aut.az
