Boks

Coşuanın düşdüyü dəhşətli qəzanın səbəbi bəlli oldu

Məşhur boksçu Entoni Coşuanın ölümcül qəzaya uğramasına səbəb olan avtomobilin sürücüsü sürətlə hərəkət edib.

Aut.az xəbər verir ki, bu barədə BBC Federal Yol Təhlükəsizliyi Korpusuna istinadən məlumat yayıb.

Hakimiyyət orqanlarının açıqlamasında deyilir: “Lexus” qanuni sürət həddini aşıb. Ötməyə çalışarkən idarəetməni itirib və yol kənarında dayanmış yük maşınına çırpılıb”.

Daha əvvəl bildirilmişdi ki, qəza Laqos-İbadan magistral yolunda baş verib. Nəticədə Coşuanın olduğu “Lexus SUV” avtomobili hərəkətsiz vəziyyətdə olan yük maşınına çırpılıb. Nəticədə iki nəfər ölüb. Entoni özü isə yüngül xəsarətlərlə hadisədən xilas olub.

Aut.az